Geniş Açılış

birja açılanda satıcının və alıcının qiymətləri arasındakı qeyri-adi, son dərəcə böyük fərq.
Fyuçers Müqaviləsi
Geniş Bazar
OBASTAN VİKİ
Açılış Arenası
Otkrıtiye Arena (rus. "Открытие Арена") — Rusiyanın paytaxtı Moskvada yerləşən stadiondur. Spartak Moskva öz ev oyunlarını bu stadionda keçirir. Rusiya millisi də bəzən oyunlarını burada keçirir. Stadion Spartak Stadionu adı ilə də tanınır. Tamaşaçı tutumu 45360 nəfərdir. Stadion öz adını Spartakın baş kommersiyaçısı olan Otkrıtie Holdinqdən götürüb. Stadionun təməlqoyma mərasimi 2 iyul 2007-ci ilə salınmışdı, lakin bu mərasim müxtəlif səbəblərdən dəfələrlə ertələndi. İlk əvvəl stadionun inşasının 2009 ilə 2010-cu illərin arasında tamamlanması planlaşdırılmışdı. Lakin həmin vaxt stadion dizayn mərhələsindəydi.
Açılış mərasimi
Açılış mərasimi və ya lentkəsmə mərasimi — yeni tikilmiş bir yerin rəsmi açılışının və ya hər hansı hadisənin başlanğıcının qeyd edildiyi mərasim. Olimpiya oyunları, FİFA Dünya Kuboku və Reqbi Dünya Kuboku kimi böyük tədbirlərdə açılış mərasimləri minlərlə şəxsin iştirakı ilə keçirilir və dünya miqyasında izlənilir.
Geniş açılmış gözlərlə (film)
"Geniş açılmış gözlərlə" (ivr. ‏עיניים פקוחות‏‎, translit. Einayim Pkuhot) — İsrail rejissoru Haim Tabakmanın 2009-cu ildə, dram janrında çəkilmiş filmi. Filmin ssenarisi israilli ssenari müəlifi Merav Doster tərəfindən yazılmışdır. Filmdə səslənən musiqi isə, fransalı bəstəkar Nataniel Mexali tərəfindən bəstələnmişdir. Film Yerusəlimin ətrafındakı qədim Mea Şearim rayonunda yaşayan iki haredim — ultraortodoksal yəhudi kişilər arasında baş vermiş sevgi hisləri haqqındadır. Film 14 may 2009-cu ildə Böyük Britaniyada Peccadillo Pictures şirkəti tərəfindən tamaşaçılara nümayiş olunmuşdur. Film İsrail, Fransa və Almaniyanın birgə istehsalı hesab olunur. Film iki dekorasiyalı poetik ibrətli hekayə xarakterinə malikdir. Rejissor Tabakmanın əsas məqsədi, minimalistik metodlar ilə bədii fikirin tam şəkildə ötürülməsi idi.
Geniş açılmış gözlərlə (film, 2009)
"Geniş açılmış gözlərlə" (ivr. ‏עיניים פקוחות‏‎, translit. Einayim Pkuhot) — İsrail rejissoru Haim Tabakmanın 2009-cu ildə, dram janrında çəkilmiş filmi. Filmin ssenarisi israilli ssenari müəlifi Merav Doster tərəfindən yazılmışdır. Filmdə səslənən musiqi isə, fransalı bəstəkar Nataniel Mexali tərəfindən bəstələnmişdir. Film Yerusəlimin ətrafındakı qədim Mea Şearim rayonunda yaşayan iki haredim — ultraortodoksal yəhudi kişilər arasında baş vermiş sevgi hisləri haqqındadır. Film 14 may 2009-cu ildə Böyük Britaniyada Peccadillo Pictures şirkəti tərəfindən tamaşaçılara nümayiş olunmuşdur. Film İsrail, Fransa və Almaniyanın birgə istehsalı hesab olunur. Film iki dekorasiyalı poetik ibrətli hekayə xarakterinə malikdir. Rejissor Tabakmanın əsas məqsədi, minimalistik metodlar ilə bədii fikirin tam şəkildə ötürülməsi idi.
Geniş bağlanmış gözlərlə (film, 1999)
"Geniş bağlanmış gözlərlə" (ing. Eyes Wide Shut; sətri tərc. "Geniş bağlanmış gözlər") — Avstriya yazıçısı Artur Şnislerin "Yuxular haqqında novella" povesti əsasında rejissor Stenli Kubrikin çəkdiyi bədii film. İlkin mənbədən fərqli olaraq, burada hadisələr 1920-ci illər Vyanasından 1990-cı illərin Manhetteninə gətirilib. Baş rolları o zamankı ər-arvad Tom Kruz və Nikol Kidman ifa edirlər. Film izdivac həqiqətləri probleminə toxunur və özündə freydist işarələri ehtiva edir. Baş qəhrəman olan həkim Uilyam Harfordun Nyu-York küçələrində dolaşması yuxu və reallıq arasındakı hadisəni xatırladır. Çəkilişlər 1996-cı ilin noyabrından 1998-ci ilin iyununadək Londonda aparılmışdır. Kruz və Kidman rejissora lazım olduğu qədər çəkiləcəkləri öhdəliyi ilə bağlı açıq müqaviləyə imza atmışdılar. Stenli Kubrik vaxt çərçivəsinə əhəmiyyət vermədiyi üçün çəkilişlər ciddi surətdə uzanmışdı.
2015 Avropa Oyunlarının açılış mərasimi
2015 Avropa Oyunlarının açılış mərasimi 12 iyun 2015-ci ildə Bakının Olimpiya stadionunda baş tutmuş təntənəli açılış tədbiridir. Mərasim Bakı vaxtı ilə 21:00-da başlamış və iki saata yaxın davam etmişdir. Mərasimin təşkilinə 28 ölkədən 300-dən çox yaradıcı heyət və 34 ölkədən 1000 nəfər mütəxəssis cəlb olunmuşdu. Açılış mərasiminin bədii rəhbəri 2004-cü ildə Afina Olimpiya Oyunlarında mərasimlərin qurucusu olmuş rejissor Dimitris Papaioannoudur. Musiqi rəhbəri Teodor Currentzis 2014-cü ildə "Operaların lentə alınması üzrə ECHO mükafatı" laureatıdır. Quruluşçu rəssamlar isə Thanassis və Eva memarlıq, dizayn və səhnə quruculuğunun kreativ məkanı olan "Flux Ofis" şirkətinin memar və yaradıcıları — Tanassis Demiris və Eva Manikadakidir. Ümumilikdə oyunların işıqlandırılması üçün 5000-ə yaxın jurnalist akkreditasiyadan keçib. Dağlıq Qarabağ ərazisində Azərbaycandan icazəsiz səfər etmiş jurnalistlərin akkreditasiyası qəbul edilməyib. Azərbaycan Respublikasının Gənclər və İdman Naziri Azad Rəhimov açılış mərasiminin təşkilinə 100 milyon manatdan artıq xərc çəkildiyini açıqlayıb. Mərasimi xanəndə Alim Qasımov canlı muğam ifası ilə açdı.
2018 FİFA Dünya Kuboku açılış mərasimi
2018 FİFA Dünya Kubokunun açılış mərasimi saat 03:30-da (BYV) 14 iyun 2018-ci ildə Moskva şəhərində yerləşən Lujniki stadionunda baş tutmuşdur. Mərasim Rusiyanın Səudiyyə Ərəbistanı üzərindəki 5-0-lık qələbəsi ilə başa çatan açılış oyunundan saat yarım əvvəl keçirilmişdir. Keçmiş braziliyalı oyunçu Ronaldo Rusiya 2018 köynəyi geyən balaca uşaqla meydançada gəzmişdir. Rusiyalı müğənni Aida Qarifullinanın çıxışından sonra ingilis pop müğənnisi Robbi Vilyamsda səhnədə yerini almış və "Let Me Entertain You" mahnısı səsləndirilməyə başlamışdır. Vilyams "Feel" mahnısının bir hissəsini oxumuş və Aida ilə "Angel" mahnısını duet şəklində oxumuşdur. Bundan sonra bütün 32 iştirakçının bayraqlarına bürünmüş könüllülər meydana çıxmışdır. Daha sonra Ronaldo mart ayında Beynəlxalq Kosmik Stansiya heyəti ilə kosmosa göndərilmiş və iyunun əvvəlində gətirilmiş Adidas Telstar 18 topu ilə qayıtmışdır. Robbi Vilyams ən sonda "Rock DJ" mahnısını ifa etmişdir. Çıxış zamanı Vilyams səhvən "barmaq" işarəsi göstərmişdir. "This Morning" verilişində verdiyi müsahibədə Vilyams "Mən çox təzyiq altında idim, çünki bir dəqiqə qalmışdı və yarım dəqiqə ərzində nə edəcəyimi bilmirdim.